Data vizuallaşdırılması hər hansı bir informasiyanı yüksək sürət və dəqiqlik ilə oxumağa, anlamağa və əks etdirməyə köməklik edən vizual-kommunikasiya vasitəlirindən biridir. Son zamanlar statik qrafiklərlə yanaşı, müxtəlif proqramlaşdırma dilləri, məsələn Javascript, R, Python bizə dinamik qrafiklər təklif edir. Və maraqlısı odur ki, kompyuter, tablet və ya mobil cihazları ilə dinamik qrafiklərin üzərinə tıkladıqda siz bütün məlumatları avtomatik olaraq görə bilərsiz. Bu isə o deməkdir ki, sizin qarşınızda artıq canlı fiqurlar əks etdirilmişdir.
        Hal-hazırda Google Charts, Leaflet və digər web-resurslar Highcharts ilə yanaşı bu tipli qrafikləri qurmağa imkan verir, amma buna baxmayaraq sürətlə inkişaf edən Highcharts, resursları ilə öz auditoriyasına daha geniş imkanlar və müxtəlif vizuallaşdırma qrafikləri, xəritələri təklif edir. Unikal, sadə və interaktiv Highsoft məhsulları əldə olan məlumatatları daha dolğun, mənalı və produktiv etmək üçün ən müasir və genişimkanlı alətlərdən biridir. Yeri gəlmişkən, data vizuallaşdırlıması ilə məşğul olan analitiklər pie chart, barplot, line chart və digər sadə qrafik növləri ilə artıq tanışdılar. Mən isə sizlərə nisbətən daha mürəkkəb olan Highcharts və Highmap produktlarını göstərmək istərdim :


Mapbubble

        Bubble qrafikləri xəritədə olan bütün obyektlərin yerini göstərməyə, həmçinin dairənin ölçüsü ilə istifadiçilərə həmin nöqətələrin bir-biri ilə nisbi müqayisədə nə qədər böyük olduğu haqqında ümumi məlumat verir. Lakin Highmaps ilə biz bu görüntünü dinamik şəkildə göstərə bilərik. Məsələn, aşağıdakı qrafikə baxdıqda Bakı və Gəncə şəhərləri muzdlu işçilərin sayına görə ilk 2 yeri tuturlar. Qrafikin sol tərəfində yerləşən “+ -”" düymələri isə müəyyən bölgə üzərində miqyası böyütməyə imkan yaradır.


Qeyd: məlumatlar nümunə üçün AR Dövlət Statistika Komitəsinin “Azərbaycanda kiçik sahibkarlıq” bölməsindən götürülmüşdür.


Streamgraph

        Streamgraph axın formasında olan və mərkəz xət ətrafında soldan-sağa istiqamətində yığılmış qrafik növüdür. Bu tipli qrafiklər əsasən iri həcmli məlumatı müəyyən müddət (il, ay) çərçivəsində əks etdirmək üçün mükəmməl vasitərdən biridir. Aşağıdakı qrafik 1997-2015-ci illər arası sığorta təşkilatlarının əsas maliyyə göstəricilərinin paylanmasını əks etdirir. Rəngli dalğaların genişliyi bizə illər ərzində həcmin artdığını, əksinə dalğanın daralması isə göstəricin azalması barəsində məlumat verir.


Qeyd: məlumatlar nümunə üçün AR Dövlət Statistika Komitəsinin “Maliyyə və bank” bölməsindən götürülmüşdür.


Sankey

        Sankey diaqramları axının bir dəyərlər toplusundan digərinə keçməsini göstərən qrafiki üsuldur. Məsələn, təsəvür edin ki siz universitet rəhbərisiz və qarşınızda fakültələr arası tələbə köçürülmələri var, yəni bir fakultədən digərinə. Belə əlaqələrin sayı yüzlərlə ola bilər, məsələn Kimya-Riyaziyyat, İqtisadiyyat-Riyaziyyat və s. Bu zaman Sankey diaqramı vasitəsi ilə işinizi sadələşdirib, vizual olaraq əlaqəni görməyi və anlamağı asanlaşdıra bilərsiz. Aşağıdakı qrafik isə çox sadədir, çünki bildiyiniz qədər dövlət büdcəsi gəlirlərdən və xərclərdən ibarət olur. Sol tərəfdən ortdakı şaquli xətə istiqamət edən dövlət gəlirləridir, ortdakı şaquli xətdən sağa hərəkət edən oxlar isə dövlət xərclərini ifadə edir.


Qeyd: məlumatlar nümunə üçün AR Dövlət Statistika Komitəsinin “Maliyyə və bank” bölməsindən götürülmüşdür.


Heatmap

        Heatmap hər bir fərdi verilənin matrisdə rənglər kimi təqdim edildiyi məlumatların qrafiki təsviridir. Əgər aşağıdakı qrafikə diqqət yetirsəniz, o zaman görərsiniz ki, rənglər soldan sağa tündləşməyə başlayır. Bu isə 90-cı illərdən başlayaraq müxtəlif xidmətlərə xərclənən maliyyə resurslarının artım dinamikasını vurğulayır.


Qeyd: məlumatlar nümunə üçün AR Dövlət Statistika Komitəsinin “Xidmət” bölməsindən götürülmüşdür.



        Nəticədə, göstərilən bütün qrafiklər R proqramlaşdırma dilində Highcharts vasitəsi ilə yaradılşmışdır və əsas məqsəd isə istifadiçilərə əlində olan məlumatları daha effektiv şəkildə göstərməyə köməklik etmək, həmçinin onlara yeni vizuallaşdırma ideyalarını çatdırmaq idi.