Ekonometrika - Xətti Reqresiya
Haqqımda qısaca
- İqtisadi Elmi Tədqiqat İnstitutu, Doktorant və Böyük elmi işçi
- Ekonometrika: İqtisadi Statistika
Ekonometrika?
- Ekonometrika ümumilikdə iqtisadi hadisə və proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla öyrənən elmdir.
- Bir hadisənin səbəblərini araşdırarkən qarşımıza həmin hadisənən açıqlana bilən (explained) və açıqlana bilməyən (unexplained) tərəfi çıxır
Ekonometrika? (2)
- Açıqlana bilən tərəfi isə bir və ya daha çox dəyişən ilə ifadə etmək mümkündür
- Bu dərsdə bir dəyişənli tənlik/bərabərliklərdən bəhs edəcəyik
Reqresiya
- Bu dərsdə bir dəyişənli (simple) xətti reqresiyanı öyrənəcəyik
- Dəyişənlər arasında qeyri-deterministik əlaqələri modelləşdirmək və araşdırmaq üçün istifadə olunan statistik alətlər toplusu reqressiya təhlili adlanır
Reqresiya (2)
- Reqresiya əməliyyatının iki əsas məqsədi var
- Bunlar iki dəyişən arasındakı keçmişdə yaranan əlaqənin mövcud olduğunu müəyyən etmək, və dəyişənlərin gələcək qiymətləri haqqında proqnozlar (forecast) verməkdir
Riyaziyyat - Ekonometrika
- Riyaziyyatda y=ax+b kimi ifadə ən sadə xətti bərabərliyi ifadə edir
- Bu bərabərliyi ekonometrika dilinə çevirsək yi=B0+B1xi+ei kimi ifadəni almış oluruq
- Burada B0 ordinat oxu ilə kəsişmə nöqtəsini ifadə edir. B1 isə bu qrafikin mailliyini (slope), e isə xəta həddini ifadə edir
Riyaziyyat - Ekonometrika (2)
- Burada B0 və B1 dəyərləri nəyi ifadə edir?
- İlk olaraq burada x müstəqil dəyişəndir, y isə asılı dəyişəndir
- Bunun üçün 2 misalı nəzərdən keçirəcəyik
Ekonometrika misal 1
- Gəlin ailələrin İstehlak və gəlir dəyərlərini analiz edək
- Hansı dəyişən digərinə təsir göstərmək potensialına malikdir?
Ekonometrika misal 1 (2)
- bu misalda gəlir dəyərinin istehlak dəyərinə təsirini analiz edək
- Burada asılı dəyişən istehlak dəyəri, müstəqil dəyişən isə gəlir dəyəridir
- Burada bizim fərziyəmiz/mülahizəmiz odur ki, gəlir istehlaka təsir edərək onu izah edir
Ekonometrika misal 1 (3)
- B0 dəyərin koofiçenti (əmsalı) 37, B1 dəyərin koofiçenti 0.9 dur
- Bu zaman reqresiya bərabərliyini aşağıdakı kimi yaza bilərik
- İstehlak = 37 + 0.9 Gəlir + e
- Burada e xəta həddidir
Ekonometrika misal 2
- Gəlin fərdin Təhsil və Maaş dəyərlərini analiz edək
- Hansı dəyişən digərinə təsir göstərmək potensialına malikdir?
Ekonometrika misal 2 (2)
- bu misalda fərdin təhsil dəyərinin maaş dəyərinə təsirini analiz edək
- Burada asılı dəyişən maaş dəyəri, müstəqil dəyişən isə təhsil dəyəridir
- Burada bizim fərziyəmiz/mülahizəmiz odur ki, təhsil maaşa təsir edərək onu izah edir
Ekonometrika misal 2 (3)
- B0 dəyərin koofiçenti 400, B1 dəyərin koofiçenti 1.5 dur
- Bu zaman reqresiya bərabərliyini aşağıdakı kimi yaza bilərik
- Maaş = 400 + 1.5 Təhsil + e
- Burada e xəta həddidir